İlon Mask haqqında çəkilən dörd saatlıq sənədli filmin ilk tizeri yayımlanıb.
Filmin rejissoru ABŞ-ın işgəncə siyasətindən bəhs edən «Qaranlıq tərəfə taksi» filminə görə «Oskar» mükafatına layiq görülmüş Aleks Gibnidir.
Qısa videoda Maskın şirkəti SpaceX tərəfindən hazırlanmış Starship raketinin müxtəlif buraxılış və qəza görüntüləri nümayiş etdirilir.
Tizerin əvvəlində səsləndirilən fikirlərdə sahibkar böyük təriflərlə təqdim olunur.
Mask «tarixin ən böyük ixtiraçısı» və «tarixin ən böyük kapitalisti» adlandırılır, hətta Dəmir Adamla müqayisə edilir.
Lakin video irəlilədikcə ton tamamilə dəyişir.
Şərhçilərdən biri Maskı «xaotik, gözlənilməz və kaprizli», digəri isə «amansız və eqoist» insan kimi xarakterizə edir.
Daha bir şərhçiyə görə isə elmi-fantastik romanda Mask qəhrəman rolunda olmazdı.
Tizerin son saniyələrində Starship eniş zamanı partlayır və kadrlar üzərində «İlon nüvə bombasıdır» sözləri səslənir.
Aleks Gibni layihə üzərində 2023-cü ilin əvvəlindən işləyir.
Rejissorun məqsədi Maskın dünya iqtisadiyyatına, siyasətə və müasir texnologiyalara təsirini araşdırmaq olub.
Gibni sahibkarın bu qədər xaotik hesab edilən davranışlara baxmayaraq bu qədər böyük gücə sahib olmasını «dəlilik» kimi qiymətləndirir.
İlon Mask özü filmin çəkilməsi ideyasını açıq şəkildə tənqid edib və çəkilişlərdə iştirak etməkdən imtina edib.
Buna baxmayaraq, yaradıcı heyət onun çoxsaylı arxiv müsahibələrindən və əvvəlki çəkilişlərdən istifadə edib.
Sənədli film Maskın Tesla və SpaceX-dəki fəaliyyətindən tutmuş Twitter-i satın almasına və süni intellekt sahəsinə yönəlməsinə qədər olan karyera yolunu araşdırır.
Filmdə onun atası Errol Mask da daxil olmaqla, milyarderin yaxınları, ekspertlər və müxtəlif spikerlərin fikirlərinə yer verilir.
Onlar Maskın sərt idarəetmə üsulları və həyat tərzi barədə bir-birindən fərqli qiymətləndirmələr təqdim edirlər.
Rejissor Maskı nəhəng vəsaitləri cəlb edə bilən, böyük vədlər əsasında genişmiqyaslı layihələr maliyyələşdirməyi bacaran unikal investor kimi xarakterizə edir.
Bununla belə, Gibni filmin əsas sualının Maskın «yaxşı» və ya «pis» insan olub-olmaması deyil, onun davranışlarını cəmiyyət olaraq necə qiymətləndirdiyimiz olduğunu vurğulayır.
Filmin premyerası 8 sentyabrda 83-cü Venesiya Film Festivalında keçiriləcək.
Daha sonra ekran əsəri Toronto Beynəlxalq Film Festivalında nümayiş olunacaq.
ABŞ-da film 16 oktyabr 2026-cı ildə kinoteatrlara çıxacaq, daha sonra isə HBO Max platformasında yayımlanacaq.
The post İlon Mask haqqında sənədli filmin ilk tizeri yayımlandı appeared first on InfoCity.
Сообщает infocity.tech
Опубликовано: 04:00, 09.09.2026
Новость из рубрики: Политика
Поделиться новостью:
Топ новости часа
- Вячеслав Моше Кантор: почему определение антисемитизма играет ключевую роль в деле борьбы с самим явлением...
- Стало известно, какой срок грозит экс-гендиректору "Торпедо" за подкуп судей...
- Зеленский назвал Россию "глобальной угрозой"...
- Улицу Калинина в Брянске отремонтируют по нацпроекту в 2026 году...
- На средства АО «РНГ» в Якутии стартовал пятый юбилейный конкурс в сфере образования...
- "Хотят, чтобы я остался": Овечкин об отношении семьи к возможному продлению контракта...
01:00, 18 Июл İlon Mask SuperGrok Heavy abunəçilərinə X Premium+ hədiyyə etdi İlon Mask daha əvvəl verdiyi vədi reallaşdırıb.
Artıq SuperGrok Heavy abunəçiləri heç bir əlavə ödəniş etmədən avtomatik olaraq X Premium+ üzvlüyü əl...
14:00, 17 Июн İlon Mask 60 milyard dollarlıq AI sövdələşməsinə hazırlaşır: Cursor-un yaradıcısı SpaceX-ə keçir İlon Maskın rəhbərlik etdiyi SpaceX süni intellekt bazarında növbəti böyük addımını atmağa hazırlaşır.
Şirkət proqramçılar arasında geniş populyarlıq...
15:01, 01 Май SpaceX Mars planı uğurlu olarsa İlon Mask yüz milyardlarla dollar qazana bilər SpaceX direktorlar şurası şirkətin qurucusu İlon Mask üçün rekord səviyyədə motivasiya paketi təsdiqləyib.
Planın əsas şərti isə çox iddialıdır — Mar...
02:00, 31 Июл The Mermaid Mask — замечательный подводный детектив. Рецензия Детектив Гримуар
вернулся — спустя почти семь лет после выхода Tangle Tower мы получили новую часть серии, обласканной критиками и фанатами головолом...
07:00, 11 Авг Mask bütün avtomobillərin Starlink ilə təchiz olunacağını deyib İlon Mask gələcəkdə bütün avtomobillərdə Starlink peyk rabitəsinin istifadə olunacağını bildirib.
Bunun bütün avtomobillərə, yoxsa yalnız Tesla tərəf...
05:00, 31 Июл Новая статья: The Mermaid Mask — замечательный подводный детектив. Рецензия Детектив Гримуар
вернулся — спустя почти семь лет после выхода Tangle Tower мы получили новую часть серии, обласканной критиками и фанатами головолом...
Топ новости часа