BYD hədəfini açıqladı – şirkət ABŞ bazarı olmadan da Toyota-nı geridə qoymaq istəyir

Çinin elektromobil istehsalçısı BYD dünyanın ən böyük avtomobil istehsalçısına çevrilmək niyyətindədir.


Şirkət hesab edir ki, bu məqsədə çatmaq üçün ABŞ bazarında fəaliyyət göstərməyə ehtiyac yoxdur.


Financial Times nəşrinin yazdığına görə, BYD Avropadakı fəaliyyətini genişləndirməyə hazırlaşarkən şirkətin beynəlxalq əməliyyatlar üzrə rəhbəri Stella Li bildirib ki, Toyota-nı geridə qoymaq planı satınalmalar hesabına deyil, təbii inkişaf və satışların artımı sayəsində reallaşacaq.


Onun sözlərinə görə, BYD-nin təsisçisi və baş icraçı direktoru Van Çuanfu qarşıya iddialı məqsəd qoyub.


Şirkət yaxın beş il ərzində xarici bazarlardakı ekspansiyanı sürətləndirmək və sürətli enerji doldurma texnologiyalarını inkişaf etdirməklə dünyanın ən böyük avtomobil istehsalçısı olmağı planlaşdırır. «Bu məqsədə çatmaq üçün ABŞ bazarına ehtiyacımız yoxdur», – deyə Stella Li Financial Times-a müsahibəsində bildirib.


Hazırda isə bazarda üstünlük hələ də Toyota-dadır.


Yapon istehsalçısı ötən il 10,5 milyon avtomobil sataraq dünya lideri mövqeyini qoruyub.


BYD isə eyni dövrdə 4,5 milyon avtomobil satıb.


Analitiklərin fikrincə, Toyota-nın üstünlüyünün əsas səbəblərindən biri ABŞ bazarındakı güclü mövqeyi və daxili yanma mühərrikli avtomobillərin yüksək satışlarıdır.


BYD isə hazırda ABŞ-da kiçik avtomobillərini satışa çıxarmaq imkanına malik deyil və əsas diqqətini Avropa və digər beynəlxalq bazarlara yönəldir.


The post BYD hədəfini açıqladı – şirkət ABŞ bazarı olmadan da Toyota-nı geridə qoymaq istəyir appeared first on InfoCity.


BYD hədəfini açıqladı – şirkət ABŞ bazarı olmadan da Toyota-nı geridə qoymaq istəyir

Сообщает infocity.tech

 

Опубликовано: 22:00, 15.07.2026

 

Новость из рубрики: Политика

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Huawei Apple-ı iki dəfə geridə qoyaraq smartfon bazarının liderinə çevrildi 14:00, 18 Май Huawei Apple-ı iki dəfə geridə qoyaraq smartfon bazarının liderinə çevrildi Huawei Çin smartfon bazarında mövqeyini daha da gücləndirib. Son statistikaya görə, şirkət hazırda ölkə bazarının 25,55%-nə nəzarət edir və ən yaxın ...

Honor bazarı silkələdi: eyni gündə 3 yeni smartfon təqdim olundu 12:00, 26 Май Honor bazarı silkələdi: eyni gündə 3 yeni smartfon təqdim olundu Honor Çində yeni ç seriyasını rəsmi şəkildə təqdim etdi və şirkət bir anda üç fərqli smartfonla diqqətləri üzərinə çəkdi. Seriyaya flaqman Honor 600 ...

Apple MacBook Neo şirkət tarixinin ən sürətlə satılan Mac modellərindən biri oldu 19:00, 04 Июн Apple MacBook Neo şirkət tarixinin ən sürətlə satılan Mac modellərindən biri oldu Apple-ın yeni MacBook Neo noutbuku bazarda gözlənildiyindən də böyük maraqla qarşılanıb. IDC-nin məlumatına görə, satışa çıxarıldıqdan sonra ilk rübd...

Google Pixel 11 seriyasının təqdimat tarixini açıqladı 18:00, 08 Июл Google Pixel 11 seriyasının təqdimat tarixini açıqladı Google yeni Made by Google tədbirini rəsmi olaraq elan edib. Tədbirdə şirkət yeni nəsil Pixel 11 smartfonlarını, eləcə də bir sıra yeni aksesuar və m...

Qualcomm yeni Snapdragon prosessorlarının təqdimat tarixini açıqladı 20:00, 30 Июн Qualcomm yeni Snapdragon prosessorlarının təqdimat tarixini açıqladı Qualcomm hər il keçirilən Snapdragon Summit 2026 konfransının tarixini rəsmi şəkildə elan edib. Tədbir 22–24 sentyabr tarixlərində Havay adalarında b...

PlayStation tarixində mühüm rol oynamış şəxs niyə vəzifədən uzaqlaşdırıldığını açıqladı 08:00, 23 Апр PlayStation tarixində mühüm rol oynamış şəxs niyə vəzifədən uzaqlaşdırıldığını açıqladı Shuhei Yoshida illər sonra sükutu pozaraq Sony daxilində baş verən qalmaqallı dəyişikliklərin arxa planını açıqlayıb. Onun sözləri xüsusilə PlayStati...