Yukon Lab Azərbaycanda ISO/IEC 42001:2023 sertifikatını əldə edən ilk şirkət oldu

Yukon Lab süni intellektin idarəetmə sistemi (Artificial Intelligence Management System – AIMS) üzrə ISO/IEC 42001:2023 sertifikatını əldə etdiyini elan edib.


Bununla da şirkət süni intellektin idarə olunması sahəsində dünyanın beynəlxalq standartına uyğun sertifikatlaşdırılmış ilk Azərbaycan şirkəti olub.


Bu sertifikat Yukon Lab-da süni intellekt həllərinin hazırlanması, tətbiqi və istismarı proseslərinin korporativ idarəetmə, risklərin idarə olunması, şəffaflıq, təhlükəsizlik və süni intellekt texnologiyalarının məsuliyyətli istifadəsi sahəsində beynəlxalq tələblərə cavab verdiyini təsdiqləyir.


ISO/IEC 42001:2023 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanmış süni intellektin idarəetmə sistemləri üzrə ilk beynəlxalq standartdır.


Standart süni intellekt sistemlərini hazırlayan və tətbiq edən təşkilatlar üçün vahid tələblər müəyyən edir və onların bütün həyat dövrünü – layihələndirmə, hazırlanma, tətbiq, monitorinq və davamlı təkmilləşdirmə mərhələlərini əhatə edir.


Standartın əsas istiqamətlərindən biri AI Governance – süni intellektin etibarlı və məsuliyyətli idarə olunması modelidir.


Bu yanaşma AI sistemlərinin bütün həyat dövrü ərzində risklərin idarə edilməsini, məsuliyyət bölgüsünü, şəffaflığı, normativ tələblərə uyğunluğu və etik prinsiplərin qorunmasını təmin edir.


Məhz AI Governance müasir süni intellekt həllərinin təhlükəsiz, etibarlı və genişmiqyaslı tətbiqinin əsasını təşkil edir.


Müştərilər, tərəfdaşlar və investorlar üçün bu sertifikat Yukon Lab-ın AI məhsullarını məlumatların şəffaf idarə olunması, səmərəli risk qiymətləndirilməsi sistemi və məsuliyyətli süni intellekt prinsipləri əsasında inkişaf etdirdiyini müstəqil şəkildə təsdiqləyir.


Şirkət həllərinin etibarlılığına, təhlükəsizliyinə, etik prinsiplərə uyğunluğuna və miqyaslana bilməsinə xüsusi önəm verir, onların qabaqcıl beynəlxalq təcrübəyə tam uyğun olmasını təmin edir.


Bu sertifikatın əldə olunması Yukon Lab-ın inkişafında mühüm mərhələ olmaqla yanaşı, şirkətin Azərbaycanın süni intellekt bazarında lider mövqeyini bir daha təsdiqləyir.


«ISO/IEC 42001:2023 sertifikatının əldə olunması Yukon Lab üçün təkcə proseslərimizin beynəlxalq səviyyədə tanınması deyil, həm də süni intellektin inkişafına yanaşmamızın təsdiqidir.


Biz hesab edirik ki, müasir AI həlləri yalnız texnoloji baxımdan qabaqcıl deyil, eyni zamanda təhlükəsiz, şəffaf, effektiv idarə olunan və etibarlı olmalıdır.


Biz hesab edirik ki, AI Governance yalnız beynəlxalq standartın tələbi deyil, həm də müştərilərimizin, tərəfdaşlarımızın və dövlət qurumlarının etibar etdiyi süni intellekt həllərinin yaradılması üçün əsas prinsiplərdən biridir.


Effektiv idarəetmə innovasiya, təhlükəsizlik və məsuliyyət arasında düzgün tarazlığın qurulmasına imkan verir.


Azərbaycanda bu standart üzrə sertifikatlaşdırılmış ilk şirkət statusu üzərimizə əlavə məsuliyyət qoyur və eyni zamanda bizi bütün sahə üçün yeni meyarlar müəyyənləşdirməyə ruhlandırır.


Biz müştərilərimiz və tərəfdaşlarımız üçün real dəyər yaradan, ən yüksək beynəlxalq standartlara cavab verən texnologiyaların inkişafına bundan sonra da investisiya yatırmağa davam edəcəyik», – deyə Yukon Lab şirkətinin baş icraçı direktoru Alim Salahov bildirib.


Süni intellekt həllərinin tərtibatçı və təchizatçısı kimi Yukon Lab idarəetmə, normativ tələblərə uyğunluq və AI texnologiyalarının etik tətbiqini məhsulların yaradılması prosesinin ayrılmaz hissəsi hesab edir.


ISO/IEC 42001:2023 sertifikatı şirkətin gələcək inkişafı üçün möhkəm zəmin yaradır, həm biznes qurumları, həm də dövlət təşkilatları tərəfindən onun texnologiyalarına olan etimadı daha da gücləndirir.


Bu beynəlxalq sertifikatın əldə olunması eyni zamanda Azərbaycanın qlobal süni intellekt ekosistemində artan rolunu nümayiş etdirir və ölkənin texnologiya şirkətlərinin ən yüksək beynəlxalq standartlara uyğun fəaliyyət göstərməyə hazır olduğunu bir daha təsdiqləyir.


The post Yukon Lab Azərbaycanda ISO/IEC 42001:2023 sertifikatını əldə edən ilk şirkət oldu appeared first on InfoCity.


Yukon Lab Azərbaycanda ISO/IEC 42001:2023 sertifikatını əldə edən ilk şirkət oldu

Сообщает infocity.tech

 

Опубликовано: 11:00, 04.08.2026

 

Новость из рубрики: Политика

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

Apple MacBook Neo şirkət tarixinin ən sürətlə satılan Mac modellərindən biri oldu 19:00, 04 Июн Apple MacBook Neo şirkət tarixinin ən sürətlə satılan Mac modellərindən biri oldu Apple-ın yeni MacBook Neo noutbuku bazarda gözlənildiyindən də böyük maraqla qarşılanıb. IDC-nin məlumatına görə, satışa çıxarıldıqdan sonra ilk rübd...

Yukon Lab первой в Азербайджане получила сертификат ISO/IEC 42001:2023 11:00, 04 Авг Yukon Lab первой в Азербайджане получила сертификат ISO/IEC 42001:2023 Компания Yukon Lab объявила о получении сертификата ISO/IEC 42001:2023, став первой компанией в Азербайджане, чья система управления искусственным ин...

Azərbaycanda ZƏKA milli süni intellekt mükafati keçiriləcək 13:00, 28 Июл Azərbaycanda «ZƏKA» milli süni intellekt mükafati keçiriləcək Azərbaycanda süni intellekt ekosisteminin inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüs həyata keçirilir. Ölkədə süni intellekt sahəsində innovativ...

BYD avtomobilin altındakı heyvanları aşkar edən yeni təhlükəsizlik sistemi hazırlayıb 15:00, 06 Июл BYD avtomobilin altındakı heyvanları aşkar edən yeni təhlükəsizlik sistemi hazırlayıb BYD avtomobil sahibləri və küçə heyvanları üçün faydalı ola biləcək yeni təhlükəsizlik texnologiyasını patentləşdirib. Sistem avtomobil hərəkətə başl...

Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! 14:00, 25 Июн Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et! Bakcell artıq Apple məhsullarının Azərbaycandakı rəsmi satış mərkəzi statusunu əldə edib. Bununla da istifadəçilər ən yeni iPhone modellərini rəsmi ş...

AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb 15:00, 31 Июл AzInTelecom 2026-cı ilin ilk yarısında əldə olunan nəticələri açıqlayıb AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC 2026-cı ilin ilk 6 ayında rəqəmsal xidmətlərlə bağlı əldə edilmiş nəticələri açıqlayıb. İlk yarım...

Google Pixel smartfonları bahalaşır  şirkət bunu rəsmi təsdiqlədi 13:00, 28 Июл Google Pixel smartfonları bahalaşır – şirkət bunu rəsmi təsdiqlədi Google rəsmi olaraq Pixel smartfonlarının qiymətlərinin yüksələcəyini açıqlayıb. Bahalaşma təkcə mövcud modelləri deyil, Pixel 10a və avqustda təqdim...

BYD hədəfini açıqladı  şirkət ABŞ bazarı olmadan da Toyota-nı geridə qoymaq istəyir 22:00, 15 Июл BYD hədəfini açıqladı – şirkət ABŞ bazarı olmadan da Toyota-nı geridə qoymaq istəyir Çinin elektromobil istehsalçısı BYD dünyanın ən böyük avtomobil istehsalçısına çevrilmək niyyətindədir. Şirkət hesab edir ki, bu məqsədə çatmaq üçün ...

22:00, 05 Май iPhone 17 dünyanın ən çox satılan smartfonu oldu Counterpoint Research qlobal smartfon bazarı üzrə yeni hesabatını yayımlayıb. Siyahıda böyük dəyişiklik olmasa da, lider yenə diqqət çəkir. 2026-cı i...

08:00, 23 Апр Starfield ilk dəfə həftənin ən çox satılan oyunu oldu Starfield nəhayət ki, satışlarda liderliyə yüksəlib — amma bunun üçün oyuna iki ildən çox vaxt lazım olub. Aprelin əvvəlində layihə PlayStation 5 pla...

23:00, 09 Июл Apple PC bazarında ən sürətli artım göstərən istehsalçı oldu Qlobal kompüter bazarında satışlar azalmağa davam etsə də, Apple bu tendensiyanı pozmağı bacarıb. IDC analitiklərinin hesabatına görə, şirkət 2026-cı...

15:00, 06 Июл GTA VI seriyanın ən sərfəli oyunu oldu — inflyasiya bunu sübut edir Grand Theft Auto VI üçün önsifarişlər artıq başlayıb və bir çox oyunçunun gözlədiyi kimi qiymətlərdə kəskin artım baş verməyib. Oyunun standart versi...

18:37, 13 Июл Vəhşi təbiət qoruqları genişləndirildi. Beynəlxalq təşkilatlar regionu nümunəvi model elan etdilər. Parklar genişləndi. Əhali ekoloji vərdişlərə yiyələndi və bu proses bütün regionda əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Ekoloji layihələr beynəlxalq dəst Fevral ayında kənd təsərrüfatı sahəsində möhtəşəm uğurlar qazanılmışdır. Fermerlər yeni genetik sortlar, dron texnologiyası və ağıllı suvarma sisteml...

15:27, 05 Июл Təmiz mühit yarandı və yaşıl layihələr genişləndi. Ağac əkmə aksiyaları kütləvi oldu və su resursları qorundu. Bu fəaliyyətlər əhalinin ekoloji məsuliyyətini artırdı və region beynəlxalq səviyyədə tanındı. Gələcək nəsillər üçün təmiz mühit yaradıldı və əh 2026-cı ilin ilk kvartalında Rusiyanın 45-ci regionunda nəhəng inkişaf dalğası yaşandı və bölgə bütün sahələrdə tarixi nailiyyətlər əldə etdi. Sənaye...