Azərbaycanda süni intellekt ekosisteminin inkişafına töhfə verəcək növbəti mühüm təşəbbüs həyata keçirilir.
Ölkədə süni intellekt sahəsində innovativ layihələri, texnoloji həlləri, startapları və yaradıcı təşəbbüsləri üzə çıxarmağı, onların inkişafını təşviq etməyi və əldə olunan nailiyyətləri qiymətləndirməyi hədəfləyən “ZƏKA” Milli Süni İntellekt Mükafatı rəsmi olaraq təqdim olunur.
Layihə AmCham Azərbaycan, InnMedia, və Safaroff Agency-nin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası və 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası çərçivəsində müəyyən edilmiş milli prioritetlərə uyğun olaraq təsis edilən “ZƏKA”, dövlət, özəl sektor, startap ekosistemi, akademik mühit və yaradıcı sənayelər arasında əməkdaşlığı təşviq edən vahid platforma rolunu oynayacaq. “ZƏKA” Milli Süni İntellekt Mükafatının əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində formalaşan innovativ ideya və texnoloji həlləri üzə çıxarmaq, bu istiqamətin inkişafına töhfə verən şəxslərin, komandaların və təşkilatların fəaliyyətini tanıtmaq, əldə olunan nailiyyətləri qiymətləndirmək və qabaqcıl təşəbbüslərin inkişafını təşviq etməkdir.
Dövlət qurumlarını, biznes ictimaiyyətini, startapları, akademik və tədqiqat mühitini, eləcə də investorları vahid platformada bir araya gətirən layihə sektorlararası dialoqun və bilik mübadiləsinin gücləndirilməsinə, yeni tərəfdaşlıqların qurulmasına və perspektivli təşəbbüslərin inkişaf imkanlarının genişləndirilməsinə xidmət edəcək.
Bununla yanaşı, “ZƏKA” yerli süni intellekt ekosistemində əldə olunan nailiyyətlərin daha geniş auditoriyaya təqdim olunmasına və Azərbaycanın bu sahədə formalaşan potensialının beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməyi hədəfləyir.
Layihə Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) və Milli Süni İntelekt Mərkəzi (MSİM) rəsmi dəstəyi ilə həyata keçirilir.
Mükafat aşağıdakı beş əsas nominasiya üzrə təqdim olunacaq: «İlin Hökumət Süni İntellekt Həlli» – dövlət xidmətlərinin keyfiyyəti, vətəndaşlara təsir, texnoloji innovasiya və effektivlik. «İlin Özəl Süni İntellekt Həlli» – kommersiya nəticələri, innovativlik, bazara təsir və texnoloji üstünlük. «İlin Süni İntellekt Startapı» – innovasiya potensialı, komanda, bazar perspektivləri və investisiya cəlbetmə. «İlin Süni İntellekt Yaradıcısı» – kreativ məzmun, AI alətlərindən istifadə, orijinallıq və ictimaiyyətə təsir. «Tech Xəbər Seçimi» – redaksiya heyətinin seçimi, AI sahəsinə xüsusi töhfə və yenilikçi yanaşma.
Müraciətlərin qəbulu Müraciətlər 20 avqust – 15 sentyabr 2026 tarixləri ərzində qəbul olunacaq.
Bütün nominasiyalar üzrə iştirak etmək istəyənlər layihənin təsvirini, texniki məlumatları, demo versiyanı və digər dəstəkləyici materialları www.aiawards.az internet saytı vasitəsilə onlayn formada təqdim edə bilərlər.
Ətraflı məlumat və müraciət üçün: www.aiawards.az Sponsorluq və tərəfdaşlıq imkanları ilə bağlı partners@aiawards.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.
Müraciətlərin qiymətləndirilməsi yekunlaşdıqdan sonra «ZƏKA» – Milli Süni İntellekt Mükafatının qalibləri 15 oktyabr 2026-cı il tarixində keçiriləcək təntənəli Qala Mərasimində elan ediləcək və mükafatlandırılacaqlar.
Qeyd edək ki, layihənin media tərəfdaşları sırasında TechXəbər.az, AutoLife.az, InfoCity.Tech, Marja.az, Enerji FM, Netant və SMARTBEE yer alır. “ZƏKA”nın illik əsasda təşkilinin ölkədə süni intellekt həllərinin daha geniş tətbiqinə, innovasiya yönümlü əməkdaşlıqların inkişafına, perspektivli layihələrin tanıdılmasına və Azərbaycanın regional innovasiya və texnologiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfə verəcəyinə inanırıq.
The post Azərbaycanda «ZƏKA» milli süni intellekt mükafati keçiriləcək appeared first on InfoCity.
Сообщает infocity.tech
Опубликовано: 13:00, 28.07.2026
Новость из рубрики: Политика
Поделиться новостью:
Топ новости часа
- Вячеслав Моше Кантор: почему определение антисемитизма играет ключевую роль в деле борьбы с самим явлением...
- Зеленский назвал Россию "глобальной угрозой"...
- На средства АО «РНГ» в Якутии стартовал пятый юбилейный конкурс в сфере образования...
- "Хотят, чтобы я остался": Овечкин об отношении семьи к возможному продлению контракта...
- Олимпийские чемпионы по фигурному катанию Миура и Кихара объявили о завершении карьеры по окончании сезона...
- Трамп заявил о продолжении переговоров с Ираном...
05:00, 24 Июн Google dünyada ilk süni intellekt incəsənət muzeyini açdı Google süni intellektin yaratdığı əsərlərə həsr olunmuş dünyanın ilk muzeyini istifadəyə verib.
Dataland adlanan layihə məşhur media-rəssam Refik Ana...
12:00, 13 Июл Samsung süni intellekt üçün üzən data mərkəzləri hazırlayır Samsung məlumat emalı sahəsində yeni mərhələyə keçməyə hazırlaşır.
Cənubi Koreya nəhəngi 2028-ci ilin ikinci rübündə dünyanın ilk üzən data mərkəzlər...
18:00, 24 Июн Süni intellekt bazalarında adınızı tapan servis istifadəyə verildi OpenAI-nin keçmiş əməkdaşları tərəfindən yaradılan yeni onlayn platforma istifadəçilərə adlarının süni intellekt modellərinin məlumat bazalarında yer...
20:00, 20 Апр Huawei foto və süni intellekt imkanlarına malik ilk ağıllı eynəklərini təqdim etdi Huawei texnologiya sərhədlərini genişləndirməyə davam edir.
Şirkət ilk dəfə olaraq həm süni intellekt, həm də foto çəkiliş imkanlarına malik ağıllı e...
08:00, 06 Июн Microsoft yeni nəsil süni intellekt köməkçisini təqdim etdi: Scout istifadəçilər əvəzinə qərarlar qəbul edəcək Microsoft Build 2026 konfransında şirkətin ən iddialı süni intellekt layihələrindən biri təqdim olunub.
Söhbət açıq mənbəli OpenClaw arxitekturası əs...
01:00, 17 Май “Ağıllı şəhərlər, dayanıqlı gələcək: Şəhər transformasiyasında süni intellekt və əşyaların interneti” adlı “4SİM Talks” tədbiri keçirilib İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin(4SİM) təşkilatçılığı və Azərbaycan Memarlıq və İ...
13:00, 08 Июн AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib.
Dövlət və özəl sektor nümayəndələri, ekspertl...
18:00, 08 Июл Samsung Galaxy Unpacked təqdimatı 22 iyulda keçiriləcək Samsung növbəti Galaxy Unpacked təqdimatının keçiriləcəyi tarixi rəsmi şəkildə elan edib.
Şirkətin yeni nəsil qatlana bilən smartfonları və digər cih...
00:00, 19 Июн “4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm ...
22:00, 31 Май Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026” tədbiri keçiriləcək 9–10 iyun 2026-cı il tarixlərində Bakı şəhərində “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı...
11:00, 03 Июл SpaceX süni intellektlə işləyən «sirli» qadcet hazırlayır SpaceX təkcə raketlər və peyklərlə kifayətlənmir. The Wall Street Journal-ın yaydığı məlumata görə, şirkət süni intellektlə təchiz olunmuş tamamilə y...
19:00, 21 Май Google süni intellektlə işləyən yeni foto redaktoru təqdim etdi Google şəkillərin redaktəsi üçün nəzərdə tutulmuş yeni AI tətbiqini nümayiş etdirib. Google Pics adlanan bu proqram generativ süni intellekti klassik...
Топ новости часа