“4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən “4Sİ Akademiyası —


Milli Proqram”ın müddəti daha bir il artırıldı.


Vətəndaşlar proqram çərçivəsində “Coursera” onlayn təlim platformasında dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin təlimlərindən ödənişsiz yararlana biləcəklər.


Artıq proqramın əhatə dairəsi daha da genişləndirilib.


Əvvəlki mərhələlərdə vətəndaşlara təqdim olunan 18 mindən çox təlimə daha 3 min təlim əlavə olunub.


Beləliklə, proqrama qoşulanlar müxtəlif istiqamətlər üzrə 21 mindən çox təlimdən istədiklərini seçmək və 6 həftə ərzində platformadan ödənişsiz yararlanmaq imkanı əldə edəcəklər.


Bununla yanaşı, pr Azərbaycan dilində altyazı ilə təqdim olunan 2500 kursa daha 750 təlim əlavə olunacaq. 15 təlim isə dublyaj olunub. “4Sİ Akademiyası —


Milli Proqram” çərçivəsində təqdim olunan təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və texnologiya şirkəti tərəfindən hazırlanıb.


Bu tərəfdaşlar sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London universitetləri, həmçinin “Google”, IBM, “Microsoft”, “Meta”, “Amazon Web Services” və “DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və təhsil təminatçıları yer alır.


Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək olmaqdır.


Yeni mərhələdə iştirakçılar data analitikası, kibertəhlükəsizlik, blokçeyn, sahibkarlıq, proqramlaşdırma, generativ süni intellekt, prompt mühəndisliyi, layihə idarəetməsi, rəqəmsal iqtisadiyyat və digər aktual sahələr üzrə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər.


Qeyd edək ki, bundan əvvəlki mərhələdə proqram çərçivəsində mühüm nəticələr əldə olunub.


Belə ki, 1 aprel 2025 — 31 mart 2026-cı il tarixlərini əhatə edən dövrdə 67 mindən çox istifadəçi proqrama qoşulub və onlar platformada 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər.


Azərbaycan dilinə tərcümə olunmuş kurslardan 18 600-dən çox istifadəçi faydalanıb və ümumilikdə 41 700 təlimi tamamlayıblar.


Əvvəlki mərhələdə tamamlanmış kurslar üzrə ən çox maraq göstərilən istiqamətlər arasında liderlik və idarəetmə, data analitikası, süni intellekt, biznes strategiyası, proqram təminatı, maşın öyrənməsi, dil və kommunikasiya bacarıqları, maliyyə və marketinq, kibertəhlükəsizlik kimi sahələr yer alıb.


Proqramın ikinci mərhələsinin iştirakçıları arasında aparılmış sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edən 2261 nəfərin 92,1 faizi layihədən məmnun olduğunu, 99,2 faizi isə proqramın davam etdirilməsini dəstəkləyib.


Bundan əlavə, respondentlərin 47,9 faizi proqramın onların iş performansını artırdığını, 20,7 faizi əldə etdikləri bilik və bacarıqlarının əmək haqqına təsir etdiyini, 16,9 faizi isə iş yerində vəzifə yüksəlişi əldə etdiyini qeyd edib.


Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra olunacaq. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG, JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B Group” şirkətləri korporativ sosial məsuliyyət çərçivəsində proqramın yeni mərhələsinin tərəfdaşları qismində çıxış edirlər.


Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/ linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.


The post “4Sİ Akademiyası —


Milli Proqram”ın müddəti daha bir il artırıldı appeared first on InfoCity.


“4Sİ Akademiyası — Milli Proqram”ın müddəti daha bir il artırıldı

Сообщает infocity.tech

 

Опубликовано: 00:00, 19.06.2026

 

Новость из рубрики: Политика

 

Поделиться новостью: Поделиться новостью в Facebook Поделиться новостью в Twittere Поделиться новостью в VK Поделиться новостью в Pinterest Поделиться новостью в Reddit

 
 

OpenAI GPT-5.5 Instant modelini daha ağıllı və daha ünsiyyətcil etdi 12:00, 26 Июн OpenAI GPT-5.5 Instant modelini daha ağıllı və daha ünsiyyətcil etdi OpenAI şirkəti GPT-5.5 Instant modelinin genişmiqyaslı yenilənməsini təqdim edib. Bu dəfə əsas diqqət cavabların dəqiqliyindən çox, istifadəçi ilə ün...

AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda 13:00, 08 Июн AzInTelecom IV Milli Kibertəhlükəsizlik Forumunda AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edib. Dövlət və özəl sektor nümayəndələri, ekspertl...

Современное сельское хозяйство стремительно переходит от традиционных методов к цифровым технологиям, где ключевую роль играет точное земледелие 11:18, 05 Май Современное сельское хозяйство стремительно переходит от традиционных методов к цифровым технологиям, где ключевую роль играет точное земледелие Современное сельское хозяйство стремительно переходит от традиционных методов к цифровым технологиям, где ключевую роль играет точное земледелие. Это...

AzDoc PRO ilə Daha Ağıllı Sənəd Dövriyyəsi 04:00, 26 Июн «AzDoc PRO» ilə Daha Ağıllı Sənəd Dövriyyəsi Bestcomp Group-un 15 illik elektron sənəd dövriyyəsi platforması yeni mərhələyə qədəm qoyub. «AzDoc PRO» adı ilə təqdim olunan bu versiya a...

Google Wear OS 7-ni təqdim etdi: smart saatlar daha uzun işləyəcək 12:00, 21 Май Google Wear OS 7-ni təqdim etdi: smart saatlar daha uzun işləyəcək Google smart saatlar üçün nəzərdə tutulmuş yeni əməliyyat sistemi Wear OS 7-ni təqdim edib. Yeniləmə həm interfeys dizaynında, həm də funksional imka...